Dünya

Bomba həyəcanı: 200-ə yaxın insan...

15 Oktyabr 2023 23:25
Baxış: 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşanın paytaxtı Varşavada 3 seçki məntəqəsində bomba həyəcanı verilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli polis idarəsi məlumat verib.

Sözügedən məntəqələrdən 200-ə yaxın insan təxliyyə olunub, hadisə yerinə mütəxəssislər cəlb olunub.

Qeyd edək ki, bu gün Polşada parlament üzrə seçki keçirilir. Seçkinin nəticəsi əsasında Seym və Senatın üzvləri təyin olunacaq.

Hazırkı nəticələrə əsasan hakim Qanun və Ədalət partiyası öndədir, lakin onların topladığı səs 2019-cu ildəki nəticələrə nisbətən daha azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.