İsrail hökumətinin həftəlik iclası Qəzza zolağı ətrafında vəziyyətin gərginləşməsi fonunda ölkədə fövqəladə nazirlər kabinetinin formalaşmasından sonra ilk dəfə yeni tərkibdə keçirilib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidməti xəbər verib.
Qeyd olunub ki, görüş zamanı baş nazir Benyamin Netanyahu ölkəsinin HƏMAS-ı məğlub edəcəyinə əmin olduğunu bildirib:
"HƏMAS bizim dağılacağımızı düşünürdü. Biz HƏMAS-ı məhv edəcəyik".
Milli.Az