Netanyahu: “İsrail HƏMAS-ı məhv edəcək”

15 Oktyabr 2023 19:02

İsrail hökumətinin həftəlik iclası Qəzza zolağı ətrafında vəziyyətin gərginləşməsi fonunda ölkədə fövqəladə nazirlər kabinetinin formalaşmasından sonra ilk dəfə yeni tərkibdə keçirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidməti xəbər verib.

Qeyd olunub ki, görüş zamanı baş nazir Benyamin Netanyahu ölkəsinin HƏMAS-ı məğlub edəcəyinə əmin olduğunu bildirib:

"HƏMAS bizim dağılacağımızı düşünürdü. Biz HƏMAS-ı məhv edəcəyik".

Milli.Az