Dünya

ABŞ ikinci aviadaşıyıcını İsrailə dəstəyə göndərdi

15 Oktyabr 2023 15:20
Baxış: 892
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ "Duayt Eyzenhauer" aviadaşıyıcısını Aralıq dənizindəki Avropa Komandanlığının məsuliyyət zonasına göndərib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Hərbi Dəniz Donanması Komandanlığı məlumat yayıb.

Məlumata görə, "Duayt Eyzenhauer" HƏMAS-ın İsrailə hücumu ilə əlaqədar Aralıq dənizinin şərqində "Cerald Ford" aviadaşıyıcısına qoşulacaq.

"Duayt Eyzenhauer" aviadaşıyıcı zərbə qrupuna idarəolunan raketlərlə təchiz olunmuş "USS Philippine Sea" raket kreyseri, idarəolunan raketlərlə təchiz olunmuş "USS Laboon", "USS Mason" və "USS Gravely" esminesləri və 9 aviasiya eskadrilyası daxildir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.