Dünya

Suriyadan İsrailə raket atılıb

15 Oktyabr 2023 10:38
Baxış: 759
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail ordusu yaşayış olmayan ərazisinə Suriyadan raket atıldığını aşkarlayıb, xəsarət alan olmayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

"Sirenlərin xəbərdarlığından sonra Suriyadan İsrail ərazisinə doğru iki raket atılıb və açıq ərazilərə düşüb", - məlumatda deyilir.

Bundan əvvəl İsrailin Aşkelon şəhərində sirenlərin səsləndiyi bildirilib. Oktyabrın 12-də axşam İsrailin şimalında Livanla sərhədə yaxın ərazidə əhaliyə mümkün hava hücumu barədə xəbərdarlıq siqnalları səslənib.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bildirib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir Qılınclar" adlanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.