Ermənilər də mübahisə edir: HƏMAS, yoxsa İsrail?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
HƏMAS-ın 7 oktyabrda Qəzza zolağından İsrailə hücumu ilə başlayan müharibədə "kimi dəstəkləməliyik" sualı Ermənistan cəmiyyətində də müzakirə edilir.
Milli.Az axar.az-a istinadən bildirir ki, keçirilən bir çox tele-sorğuda ermənilərin böyük əksəriyyəti Fələstini dəstəkləməyə üstünlük verir və bunu İsrailin Azərbaycanla müttəfiqlik səviyyəsində olan münasibətləri ilə izah edirlər.
Ermənilər hesab edirlər ki, İsrail müharibədə Azərbaycana dəstək verdiyi və birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığı üçün bu müharibədə istisnasız olaraq Fələstinə simpatiya göstərməlidirlər.
Erməni mediası da daha çox fələstinlilərin mövqeyini əks etdirən materiallar dərc edir və İsrailə qarşı rəy yaratmağa çalışır.
Burda eyni zamanda Fələstinin ermənilərlə isti münasibəti, xüsusilə Fələstin Azadlıq Təşkilatının erməni terrorçulara qucaq açması, eyni zamanda erməni işğalını müdafiə etməsi də rol oynayır. Ancaq məhz FAT-dan söhbət gedir, HƏMAS burda istisnadır.
Məhz bu məqam da ermənilərdə tərəddüd yaradıb.
Mövzuya münasibət bildirən və sosial şəbəkədəki müzakirələrə qoşulan erməni tarixçi alim Sergey Melkonyan mövqeyini bu cür ifadə edib:
"Biz bu müharibədə heç kimi dəstəkləməli deyilik. İsrail Azərbaycana əsas silah tədarükçüsüdür, onların xüsusi əməliyyat qüvvələrini hazırlayıb, sentyabrda Qarabağa əməliyyatın hazırlanmasında iştirak edib və s. Yəni İsrail-Azərbaycan münasibətləri stratejidir.
HƏMAS isə (FAT-dan fərqli olaraq - red.) 10 noyabr 2020-ci ildə aşağıdakıları açıqladı. "Biz Azərbaycanı qələbə və torpaqlarının geri qaytarılması münasibətilə təbrik edirik. Bu, işğalın bütün formalarına qarşı mübarizənin təbii nəticəsidir".
Bütün bunları nəzərə alaraq, onlara rəğbət bəsləməyə dəyməz".
Melkonyan xüsusi qeydlə HƏMAS-ı FAT-dan ayırmağın lazım olduğuna və bu savaşın da Fələstinlə deyil, HƏMAS-la getdiyinə diqqət çəkib:
"Düzdür, HƏMAS bütün Fələstin deyil, amma onlar Ermənistanla həmrəylik ifadə etməyib".
Xatırladaq ki, HƏMAS-ın da əsas maliyyə və siyasi dəstəkçisi İrandır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu ölkədə güclü zəlzələ oldu
-
Fələstin məsələsində dünya dəyişir: Vaşinqton təzyiq altında
-
"Beşiktaş"ın ulduzları sarışın gözəllərlə yeyib-içdilər - 18 minlik hesabı ödəməyib QAÇDILAR - FOTOlar
-
Orta Əsr ayaqyolu quyusunda dəftər və ipək tualet kağızı tapıldı - FOTO
-
277 nəhəng dirək saxlayacaq: 100 mərtəbəli qüllə üçün 54 metr dərinliyə endilər - FOTO
-
Vəzifəyə qayıdan Kılıçdaroğlundan ilk açıqlama
XƏBƏR LENTİ
-
Pişiyi ölən müğənninin kövrəldən GÖRÜNTÜSÜ - VİDEO
-
Bu ölkədə güclü zəlzələ oldu
-
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
-
Samed Ağırbaş WUF13-ün sıfır tullantı və dayanıqlı şəhərlər gündəmini COP31-lə əlaqələndirdi
-
Fələstin məsələsində dünya dəyişir: Vaşinqton təzyiq altında
-
Alimenti ödəyə bilməyənlərin yerinə pulu kim ödəyəcək? - VİDEO
-
Əhaliyə ŞAD XƏBƏR - Bu məhsul ucuzlaşır
-
"Beşiktaş"ın ulduzları sarışın gözəllərlə yeyib-içdilər - 18 minlik hesabı ödəməyib QAÇDILAR - FOTOlar
-
Saat 10:00-dan Bakının bu ərazilərində işıq KƏSİLİR
-
Həbs qərarı verilən Serenay Sarıkayadan ilk AÇIQLAMA
-
İstidə buz kimi ayran içənlərə XƏBƏRDARLIQ
-
Gürcüstana gedənlərə VACİB XƏBƏR - Əlavə 12 manat da ödəməlisiniz
-
"Gülləri siz gətirməliydiniz, mən məzarınıza yox..."
-
Azərbaycanın quru sərhədləri AÇILIR? - Gözlənilən dəyişiklik
-
Neft bazarında sürpriz artım - “Azeri Light” 114 dolları keçdi
-
41 yaşında vəfat etdi
-
Bakıda WUF13-ün sonuncu günü keçirilir
-
“Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTO
-
Pərvin xeyli arıqlayıb BELƏ OLDU - VİDEO
-
“Əl-Nəsr”i çempion etdi, özü isə GEDİR
-
Kilosuı 37 manatdan 10 AZN-ə düşdü: Sübh tezdən dağdan yığılır - FOTO
-
Kabağın içini saniyələr içində çıxaran praktik üsul
-
Orta Əsr ayaqyolu quyusunda dəftər və ipək tualet kağızı tapıldı - FOTO
-
Öz səhvini əsla qəbul etməyən 4 bürc: hər şeyi başqalarının üzərinə atırlar





