Dünya

Burnunu qurdaladı, infeksiyaya yoluxdu - Tanınmaz hala düşdü

11 Oktyabr 2023 20:30
Baxış: 1 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinli bir kişi tez-tez burnunu qurdaladığı üçün infeksiyaya yoluxub. 

Milli.Az lent.az-a istinadən bildirir ki, Zeng adlı 33 yaşlı kişi burnunu eşmək vərdişinə görə xəstəxanaya düşüb. Onun üst dodağında və yanaqlarında iltihab yaranıb. Bir neçə gün sonra vəziyyəti pisləşib. Hətta gözünü aça bilməyib. 

Çinli xəstəxanaya müraciət edib. Orada həkimlər onun bədənində düzgün müalicə edilmədən təhlükəli fəsadlara səbəb ola biləcək bakterial infeksiyanın olduğunu təsdiqləyiblər. Həkimlər bildirib ki, Zenq barmağı ilə burun mukozasını zədələyib və bu da infeksiyaya səbəb olub.

Bir həftəlik müalicə kursundan sonra kişinin vəziyyəti normallaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.