Dünya

Nazirin yaxınları Qəzzada qalıblar - FOTO

10 Oktyabr 2023 07:19
Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şotlandiyanın birinci naziri Həmzə Yusaf bildirib ki, onun qayınatası və qayınanası yaşlı qohumunu ziyarət etmək üçün gəldikləri Qəzza zolağından çıxa bilməyiblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, 2 milyondan çox insanın yaşadığı Qəzza zolağının mülki əhalisi Fələstinin HƏMAS hərəkatının İsrailə qarşı hücumlarından sonra yaranmış vəziyyətin girovu olub.

"Mənim üçün günahsız israillilərin həyatı günahsız fələstinlilərin həyatı qədər dəyərlidir. İndi hər iki tərəfdən bir çox günahsız insan ölür və buna heç bir şəkildə haqq qazandırmaq olmaz", - o bildirib.

Qeyd edək ki, Həmzə Yusaf pakistanəsilli müsəlmandır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.