Dünya

Bayden ABŞ ermənilərini məyus etdi

29 Sentyabr 2023 07:37
Baxış: 1 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatlarda yaşayan erməniləri məyus edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ABŞ-da dərc olunan "The California Courier" qəzetinin naşiri və redaktoru Arut Sasunyan "NEWS.am"ın müxbiri ilə söhbətində bildirib.

"Hər kəs ABŞ hökumətindən son dərəcə məyusdur. Bayden seçkilərdə erməni icmasının səslərini itirəcək. ABŞ hökumətinin mövqeyi məni son dərəcə məyus edir", - ABŞ ermənisi deyib.

O, hesab edir ki, ABŞ ermənilərə külli miqdarda yardım ayırmalı idi.

"Hər kəsdən xoş sözlər eşitməkdən bezmişik. Həyatım boyu Baydeni dəstəkləmişəm, lakin indi Amerikanın bütün erməni icması ondan məyus olub. Əminəm ki, Bayden keçən dəfəki qədər ermənilərin çox səsini almayacaq", - o əlavə edib.

Üstəlik, Sasunyan hesab edir ki, Baydenin rəqibi Donald Trampın namizədliyi ermənilərin maraqları üçün daha pisdir.

"Beləliklə, gələcək prezident seçkilərində ermənilər üçün seçim pis və daha pis namizəd arasındadır", - "The California Courier"in redaktoru əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.