Dünya

Paşinyan rus bazasını Gümrüdən çıxarmaq istəyir - Zatulin

24 Sentyabr 2023 22:30
Baxış: 1 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paşinyan ardıcıl olaraq Rusiyanın Ermənistandakı təsirini azaltmaq siyasəti yürüdür.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst Konstantin Zatulin deyib.

Onun sözlərinə görə, Paşinyan gələcəkdə Rusiyanın 102-ci hərbi bazasının Gümrüdən çıxarılmasında israr edəcək:

"Onun davam etdirdiyi və inkişaf etdirdiyi bütün xətt budur, bu gün Qarabağda konkret insanların Rusiya sülhməramlı kontingenti tərəfindən xilas edilməsinə əhəmiyyət vermir. Amma o, həmyerlilərini çoxdan tərk edib və onları sözlə də olsa, müdafiə etmək fikrində deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.