Dünya

Priqojinin biznesini bu şəxs idarə edir

22 Sentyabr 2023 17:23
Baxış: 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vaqner"in keçmiş rəhbəri Yevgeni Priqojinin Mərkəzi Afrika Respublikasındakı (MAR) biznesini Rus Evinin rəhbəti Dmitri Sıtıy idarə edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Nyu York Tayms" mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Sıtıy "Vaqner"in MAR-dakı bazadan qızıl, almaz və taxta-şalban ixrac etmək üçün istifadə etdiyi daşıma şirkətləri şəbəkəsinə nəzarət edir. Bildirilib ki, Rus Evinin rəhbəri həm də "Vaqner"in maliyyələşdirdiyi KİV-lərə də rəhbərlik edir.

Qeyd edək ki, avqustun 23-də "Vaqner" rəhbəri Yevgeni Priqojin təyyarə qəzası nəticəsində ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.