Dünya

Ekvador həbsxanasında ÜSYAN – Mühafizəçilər girov götürüldü – VİDEO

2 Sentyabr 2023 16:27
Baxış: 775
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ekvadorda altı həbsxanada məhbuslar 50-dən çox mühafizəçi və polis əməkdaşını girov götürüb.  

Milli.Az bizim.media-ya istinadən bildirir ki, onların sırasında 7 polis, həbsxananın mühafizə və müşahidə xidmətinin 50 əməkdaşı var.

Məlumata əsasən, qadağan olunmuş əşyaları müsadirə etmək üçün cəzaçəkmə müəssisələrinə daxil olan hüquq-mühafizə orqanları əməkdaşları cinayətkar qruplaşmaların üzvləri tərəfindən girov saxlanılıb.

Bundan əlavə, yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində iğtişaşa cəhd olub. Nəticədə yanğın baş verib. Ölən və yaralılar barədə məlumat yoxdur. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.