Dünya

Ekvadorda koronavirusun yeni ştammına yoluxmalar qeydə alınıb

31 Avqust 2023 07:44
Baxış: 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekvadorda EG.5 ("eris") koronavirusunun yeni ştammına 3 yoluxma faktı təsdiqlənib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yoluxanların hamısı ölkənin şimalındakı Piçinça əyalətində yaşayır.

Ekvador hakimiyyəti qonşu bölgələrdə profilaktik tədbirlər həyata keçirir. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, son 6 həftə ərzində COVID-19-a yoluxma halları azalır və təxminən 3 həftə ərzində virusa yoluxma ilə bağlı ölüm halları qeydə alınmayıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "eris" ştammını nəzarət altında olan koronavirus variantları siyahısına əlavə edib.ÜST-nın məlumatına görə, dünyada bu variantın aşkarlanması tezliyi 6,2%-dən 11,6%-ə yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.