Dünya

Hakan Fidan Rusiyaya gedir - Lavrov ilə BU MƏSƏLƏLƏRİ müzakirə edəcək

30 Avqust 2023 19:52
Baxış: 1 050
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidan sabah, avqustun 31-də Cənubi Qafqaz və Ukraynanı müzakirə edəcəklər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xüsusilə Ukrayna, Suriya, Liviya və Cənubi Qafqaz daxil olmaqla regional məsələləri müzakirə edəcəklər.

M.Zaxarova həmçinin bildirib ki, nazirlər energetika sahəsində əməkdaşlığı da müzakirə edəcək, eyni zamanda ölkə liderlərinin ikitərəfli təmaslarının qrafikini hazırlayacaqlar.

Qeyd edək ki, H.Fidan sabah Rusiyaya gedəcək. Bu onun nazir təyin olunandan sonra Rusiyaya ilk səfəri olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.