Dünya

"Zolotaya korona" köçürmə sisteminə də hücum oldu

30 Avqust 2023 13:25
Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynadan olduğu güman edilən hakerlər "Zolotaya Korona" (KoronaPay) pul köçürmə sisteminə hücum ediblər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Kommersant" yazıb.

Kibertəhlükəsizlik üzrə uzmanlar nəşrə bildiriblər ki, avqustun 28-də pul köçürmə sisteminin resursları kölgə forumlarında (darknet) haker fəalları üçün hədəf kimi qeyd olunmağa başlayıb.

"Şirkətə hücum çağırışları, bir qayda olaraq, ödəniş sistemində baş verən kütləvi DDoS hücumuna səbəb olur", - qəzetin həmsöhbətlərindən biri deyib.

Ekspertlərin sözlərinə görə, "Zolotaya Korona"nın fəaliyyətində nasazlıq yaşanıb. Qeyd olunub ki, ödəniş sisteminə hücuma görə məsuliyyəti "Ukraynanın IT ordusu" öz üzərinə götürüb.

2022-ci ildə "Mir" ödəniş sistemi və onun operatoru olan Milli Ödəniş Kart Sistemi oxşar həmlələrə uğrayıb. Həmin hücumların arxasında da ukraynalı hakerlərin olduğu güman edilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.