Dünya

"Bu hücum anti-islam zehniyyətinin mövcudluğunun sübutudur"

26 Avqust 2023 20:45
Baxış: 581
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunan Kiprində məscidə edilən hücum anti-islam zehniyyətinin mövcudluğunun sübutudur.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının (KKTC) Baş naziri Ünal Üstel deyib.

"Bu hücum Cənubi Kiprdə yaşayan müsəlman qardaşlarımıza və ümumilikdə bütün İslam dünyasına qarşı bir hücumdur. Bunun kimi hücumlar müsəlmanlarla yanaşı tolerantlığa qarşı edilən hücumdur" - deyə Üstel qeyd edib.

O bildirib ki, Yunan Kipri ibadət azadlığını və ibadət yerlərinin müqəddəsliyini qorumaq məsuliyyəti çərçivəsində ən qısa zamanda lazımi tədbirləri görməlidir.

Xatırladaq ki, bu gün Yunan Kiprində yerləşən məscidə molotof kokteyli ilə hücumedilib.

KKTC prezidenti Ersin Tatar edilən hücumu pisləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.