Dünya

Moskvaya növbəti PUA hücumu olub

26 Avqust 2023 07:51
Baxış: 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federasiyasının Moskva vilayətinin İstra rayonunda hava hücumundan müdafiə qüvvələri pilotsuz uçuş aparatını (PUA) vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram səhifəsində bildirib.

İlkin məlumata görə, xəsarət alan, dağıntı olmayıb. "Bu gecə İstra rayonunda hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan pilotsuz uçan aparatını məhv edib. Tələfat və dağıntı yoxdur", - məlumatda deyilir.

Sobyanin əlavə edib ki, hadisə yerində təcili xidmətlər işləyir.

Aviasiya xidmətlərindən TASS-a verilən məlumata görə, insident fonunda Moskvanın Vnukovo, Şeremetyevo və Domodedovo hava limanları üzərində hava məkanı bağlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.