Dünya

Ukraynada daha böyük əməliyyatlara hazırlıq gedir - ABŞ İnstitutu

19 Avqust 2023 09:29
Baxış: 1 071
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukraynanın hazırda davam edən əks-hücum əməliyyatları daha böyük əməliyyatlara hazırlıqdır".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib.

Qeyd olunub ki, hazırkı həmlələr gələcək əməliyyat üçün əlverişli şərait yaratmağa hesablanıb:

"Ukrayna əks-hücum əməliyyatlarının ümumi uğuru haqqında qiymətləndirmələr etmək hələ tezdir. Müxtəlif mərhələlərdə əks-hücum əməliyyatları müxtəlif templə inkişaf edə bilər".

Hesabatda bildirilib ki, Rusiyanın effektiv müdafiə əməliyyatları və sıx mina sahələri Ukraynanın irəliləyişlərini məhdudlaşdırıb:

"Yəqin ki, proses hələ bir müddət belə davam edəcək. Anonim ABŞ mənbələrinin məlumatına görə, Ukrayna Melitopol istiqamətində o qədər də çox irəliləyə bilməyəcək".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə keçən il fevralın 24-də başlayıb. Ukrayna ordusu bu ilin iyununda əks-hücum əməliyyatına başlayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.