Dünya

Tehranda acınacaqlı durum: tibb işçisi çatışmır

12 Avqust 2023 20:48
Baxış: 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tehran şəhərində hər gün çox sayda yanğın, yol qəzaları, bina çökməsi hadisələrinin yaşanmasına baxmayaraq, paytaxtda təcili yardım işçisi və texnikası çatışmazlığı yaşanır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Tehran Təcili Yardım Mərkəzinin rəhbəri İsmayıl Təvəkküli açıqlamasında deyib.

O, hazırda Tehran şəhəri üçün azı 1800 əlavə təcili yardım işçisinin lazım olduğu halda yalnız 300 nəfərin işə götürülməsi üçün vəsait ayrıldığını bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Təcili Yardım Mərkəzinin keçmiş rəhbəri Yəhya Saleh Təbəri tibb işçisi və texnika çatışmazlığı səbəbindən Tehranda bir çox Təcili Yardım Mərkəzlərinin bağlandığını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.