Dünya

Əks-hücum: Ukrayna ordusu bu istiqamətdə irəlilədi

4 Avqust 2023 14:20
Baxış: 1 279
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna ordusu cəbhənin ən azı üç sektorunda aparılan hərbi əməliyyatlar zamanı bəzi bölgələrdə irəliləyib.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

"Ötən gün Ukrayna hərbçiləri Berdyansk və Melitopol istiqamətlərində əks-hücum əməliyyatlarını davam etdirib. Bundan əlavə, Ukrayna rəsmiləri bildiriblər ki, onların qoşunları Baxmut istiqamətində hücumlarını davam etdirir. Ukrayna ordusu Melitopol istiqamətində Rusiya müdafiəsinin 650 metr dərinliyə qədər irəliləyib. Rusiyanın hərbi müxbirləri də Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin qərbindəki Nikolaevskoye rayonunda irəlilədiyini etiraf ediblər", - məlumatda deyilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.