Dünya

50 yük maşını sürücüsünə 100 min dollar hədiyyə etdi - FOTO

2 Avqust 2023 17:58
Baxış: 1 335
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı pop ulduz Taylor Svift komandasında olan 50 yük maşını sürücüsünün hər birinə təşəkkür olaraq 100 min dollar verib.

Milli.Az olay-a istinadən bildriir ki, müğənni Kaliforniyanın Santa Klara şəhərində konsert verməzdən əvvəl sürücülərə çek verib. Həmin sürücülər Sviftin "Eras" turu çərçivəsində konsert üçün ləvazimatları yük maşınlarında Amerika boyunca daşıyıblar.

Həmçinin bildirilib ki, ifaçı qastrol zamanı onunla birlikdə işləyən stilistləri, vizajistləri, səs mühəndislərini, rəqqasları və digər mütəxəssisləri də diqqətdən kənarda qoymayıb.

Dəqiq məbləğ bilinməsə də, insayder Sviftin öz köməkçilərini səxavətlə mükafatlandırdığına əmin edib.

Sviftin tur zamanı  əldə etdiyi qazancının şou-biznes aləmində bəzi rekordlar qıra biləcəyi də istisna edilmir. Onun turlardan əldə etdiyi gəlir artıq 1 milyard dolları ötüb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.