Dünya

Təcili yardım həkimləri xəstəni döydü - VİDEO

31 İyul 2023 08:45
Baxış: 1 930
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyada təcili yardım həkimləri xəstəni döyublər. Onlar çağırışa gəldikləri yerdə yatan adamın üstünə su töküb, təpikləyiblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yerli sakinlər sosial şəbəkədə görüntüləri yayılan tibb işçilərinin davranışından hiddətləniblər.

Regional Səhiyyə Nazirliyi hadisəyə münasibət bildirib. Videoya çəkilən həkimlərin özəl təcili yardım maşınının işçiləri olduğu vurğulanıb.

"Hər halda, həmkarlarımızdan üzr istəyirik. Baş verənlər qətiyyən qəbuledilməzdir", - nazirlikdən qeyd olunub.

Məlumata görə, artıq xəstəni döyən həkimlər işdən uzaqlaşdırılıb. Hadisə ilə bağlı yoxlamalar başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.