Dünya

Yəməndə aclıq təhlükəsi: 2.5 milyon insan...

31 İyul 2023 01:01
Baxış: 756
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BMT-nin Ümumdünya Ərzaq Proqramı maliyyə çatışmazlığı səbəbindən Yəməndəki işini dayandırmaq qərarına gəlib. Buna səbəb kimi mövcud resursların azalması və maliyyə çatışmazlığı göstərilib. Növbəti 6 aylıq plan üçün 1 milyard dollar vəsait tələb olunsa da, bu məbləğin 28 faizi toplanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Ümumdünya Ərzaq Proqramının müvafiq qərarı Yəməndə ərzaq çatışmazlığından əziyyət çəkən 2,5 milyona yaxın insana mənfi təsir edəcək.

Beynəlxalq yardımın azalması həm də Yəməndə aclıq təhlükəsinin qapısını açır. Mərib şəhərində aclıq ola biləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.