Dünya

Avropa İttifaqı Ermənistana 32 milyon avro qrant ayırdı

28 İyul 2023 07:47
Baxış: 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı Ermənistana təbiət və dəqiq elmlər, eləcə də mühəndislik (STEM fənləri) üzrə məktəb laboratoriyalarının yaradılması üçün 32 milyon avro qrant verəcək.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu saziş Ermənistan hökumətinin iyulun 27-də keçirilən iclasında təsdiqlənib.

Proqrama Ararat, Kotayk və Geqarkunik rayonlarının bütün məktəbləri və Sünik vilayətinin Qafan şəhərindəki 13 məktəb - ümumilikdə 340-a yaxın məktəb daxil olacaq. Burada laboratoriyalar tikiləcək, müəllimlər qeyri-formal təhsil metodlarını əhatə edən yeni tədris metodikası üzrə yenidən hazırlıq keçəcəklər.

Layihənin əsasən Sünik və Qafanı əhatə etməsi diqqət çəkir. Qeyd edək ki, iki il bundan öncə Avropa Sünik bölgəsinin inkişafı üçün ilkin olaraq 51 milyon avro pul ayırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.