Dünya

Rusiya taxıl sazişində iştirakını davam etdirməyə məcbur olacaq - Rusiyalı politoloq

16 İyul 2023 18:51
Baxış: 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya taxıl sazişində iştirakını davam etdirməyə məcbur olacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq və publisist Andrey Piontkovski deyib.

"Azovstal"dan olan əsir ukraynalı hərbçilər Türkiyədən evlərinə qayıtdılar. Rusiya bildirdi ki, taxıl sazişindən çıxacaq. Ərdoğanla Zelenski bildirdilər ki, aclıqdan əziyyət çəkən Afrika xalqlarını çörəksiz qoymayacaqlar və bunu davam etdirəcəklər", - Piontkovski bildirib.

Onun sözlərinə görə, taxıl sazişi Rusiya Prezidenti Vladimir Putinin növbəti ictimai alçaldılması olacaq:

"Əgər Rusiya istəmirsə, öz işidir. Qoy afrikalılara özü başa salsın. Türkiyə və Ukrayna isə Afrikaya taxıl tədarük edəcəklər. Lazım olsa, Türkiyə bunun üçün hərbi donanmasını da istifadə edəcək. Təxmin edirəm ki, Moskva dizi üstə çökəcək və iyulun 17-də taxıl sazişinin müddətinin uzadılmasını elan edəcək".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.