Dünya

Tük ürpədən hadisə - qarajda cəsədlərlə dolu soyuducular tapılıb - FOTO

14 İyul 2023 09:46
Baxış: 5 348
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Federasiyasının Samara vilayətindəki qarajlardan birində qeyri-qanuni meyitxana aşkar edilib.

Orada cəsədlər üzərində "ət" və "dondurma" yazıları olan adi mağaza soyuducularında saxlanılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yaşlı qadın və kişilərin cəsədlərini yerli bloqer Kseniya Stefan aşkar edib. Soyuducuların üzəri karton parçaları ilə örtülüb.

Meyitlərin ətrafında çələnglər və xaçlar da tapılıb. Ehtimal ki, qarajı yerli dəfn xidmətləri şirkətlərindən biri meyitxanaya çevirib.

Məsələ ilə bağlı artıq polisə müraciət olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.