Dünya

Ukrayna elə mövqeləri tutur ki... - Ekspert

4 İyul 2023 13:19
Baxış: 1 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna qoşunları cəbhənin müxtəlif istiqamətlərində irəliləyir, lakin neçə kilometr irəliləməklərinin heç bir əhəmiyyəti yoxdur.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu sözləri ukraynalı hərbi ekspert Roman Svitan deyib.

O bildirib ki, burada önəmli məsələ kvadrat kilometrlərdə deyil, tutulan yüksəkliklərdədir:

"Bu yüksəkliklərdən Ukrayna hərbçiləri artilleriyanın köməyi ilə daha çox əraziyə nəzarət edirlər. Məsələn, yüksəklikdən ukraynalı müdafiəçilər Donetsk vilayətində Baxmutdan giriş-çıxışa nəzarət edə bilərlər.

Bu, artıq bütöv bir şəhərdir. Söhbət kvadrat kilometrlərdən yox, mövqelərdən gedir. Biz ən yaxşı mövqeləri tuturuq. Burada ciddi müsbət cəhət var. Dinamika mövqeləri tutmaqdadır, kilometrlərdə deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.