Dünya

Kişinyov hava limanında atəş açan şəxsin kimliyi müəyyənləşib

1 İyul 2023 08:08
Baxış: 1 113
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moldovanın paytaxtı Kişineuda hava limanında atəş açan şəxsin kimliyi müəyyənləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, atəş açan şəxs Tacikistan və Rusiya vətəndaşlığı olan 43 yaşlı Rüstəm Aşurovdur.

Qeyd olunur ki, Aşurov buna qədər İnterpol xətti ilə axtarışda olub. Hücum zamanı isə o, hazırda axtarışa verilən iki nəfərin yanında olub.

Aşurov hazırda mühafizə altında xəstəxanada ağır vəziyyətdədir. Onu ömürlük həbs cəzası gözləyir.

Xatırladaq ki, iyunun 30-da axşam saatlarında Kişinyov hava limanında atışma olub, iki nəfər həlak olub. Ölənlərdən biri sərhəd polisinin əməkdaşıdır.

Moldova prokurorluğu bir neçə nəfərin ölümünə səbəb olan terror aktı maddəsi ilə cinayət işi başladıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.