Dünya

Aİ Rusiyaya silah tədarükünə görə İrana qarşı sanksiyaları uzadacaq

29 İyun 2023 16:52
Baxış: 685
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin oktyabrında başa çatacaq ballistik raketlərin hazırlanması və istehsalına görə İrana qarşı sanksiyaları uzatmaq niyyətindədir.

Milli.Az bildirir ki, bu barədə "report" "reuters"ə istinadən xəbər verir.

Mənbələr Aİ-nin sanksiyaların müddətinin uzadılmasına qərar verməsinin üç səbəbini qeyd ediblər: Rusiyanın Ukraynada İranın pilotsuz təyyarələrindən istifadə etməsi, İran raketlərinin Rusiyaya çatdırma ehtimalı və Tehranın nüvə sazişinin şərtlərini pozması.

"İranlılara kifayət qədər aydın şəkildə deyilib və indi məsələ ondan ibarətdir ki, onlar hansı cavab addımları atacaqlar", - adının çəkilməsini istəməyən avropalı diplomat deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.