Dünya

İranda toz fırtınası nəticəsində 1191 nəfər xəstəxanaya yerləşdirilib

29 İyun 2023 16:35
Baxış: 744
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Sistan-Bəlucistan əyalətində son 6 gündə toz fırtınası səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayı 1191-ə çatıb, 1 nəfər isə həyatını itirib.

Milli.Az "report"a istinadən bildirir ki, Sistan-Bəlucistan Böhran İdarəetməsinin baş direktoru Məcid Mohibbinin sözlərinə görə, əyalətin şəhərlərində toz fırtınası səbəbindən son 6 gündə 1191 nəfər xəstəxana və tibb mərkəzlərinə müraciət edib.

Xəstəxanaya yerləşdirilənlərdən 1019 nəfər ambulator müalicə olunaraq evə buraxılıb, 171 nəfərin müalicəsi davam edir.

Səlahiyyətlilər xüsusilə ürək və tənəffüs xəstəlikləri olanların çölə çıxmamağı tövsiyə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.