Dünya

“Ukraynadakı müharibənin hərbi həlli yoxdur”

27 İyun 2023 17:10
Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Ukraynadakı müharibənin hərbi həlli yoxdur və ABŞ Rusiya ilə danışıqlara başladıqdan sonra başa çatdırıla bilər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda o "Bild"ə müsahibəsində danışıb.

O qeyd edib ki, bu vəziyyətdə Ukrayna tərəfinin qələbə ehtimalına inanmaq olmaz.

"Mən ukraynalıların əleyhinə deyiləm. Ona görə də ukraynalıların sağ qalmaq şansının olduğuna ümid etməyən adam kimi görünmək istəmirəm. Amma reallıq ondan ibarətdir ki, Ukrayna ilə Qərb arasında bu cür əməkdaşlıq uğursuzluqla nəticələnib. Biz onları maliyyə, informasiya və alətlərlə dəstəkləyirik, lakin onların Rusiyaya qarşı münaqişədə qalib gələ biləcəklərini düşünmək vəziyyəti yanlışdır. Bu qeyri-mümkündür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.