Dünya

Ukrayna DİN: "Putinin Priqojini öldürməkdən başqa yolu yoxdur"

24 İyun 2023 12:47
Baxış: 1 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin üçün "Vaqner" muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojini fiziki olaraq aradan qaldırmaqdan başqa yol qalmayıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin nümayəndəsi Anton Gereşenko tviterdə yazıb.

Onun sözlərinə görə, V.Priqojinin həbsi mümkün deyil: "Çünki, bu, daha çox problem yarada bilər".

A.Gereşenko qeyd edib ki, V.Putin kompromislərlə kifayətlənməyəcək: "O, üsyanı məğlub etməyə çalışacaq".

Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə "Vaqner"in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda "Vaqner" döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.