Dünya

Nyu-York sakinlərinə küçəyə çıxmamaq tövsiyə olunub

8 İyun 2023 08:04
Baxış: 840
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nyu-York meriyası şəhər sakinlərini küçəyə çıxmamağa çağırıb.

Kanadada davam edən meşə yanğınları nəticəsində Nyu-York şəhərində 1960-cı ildən bəri ən yüksək hava çirklənməsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.

Nyu-York meri Erik Adams, həmçinin ictimai səhiyyə və fövqəladə hallar qurumlarının rəsmiləri sakinlərə mümkün qədər evdə qalmaq, küçədə qoruyucu maskalardan istifadə etmək barədə xəbərdarlıq ediblər.

Şəhərin səhiyyə komissarı havanın keyfiyyətinin kəskin pisləşməsinin vətəndaşlar, xüsusilə yaşlılar və uşaqlar üçün əsl sağlamlıq təhlükəsi yaratdığını bildirib.

Şəhərdə görmə məsafəsinin əhəmiyyətli dərəcədə pisləşməsi ilə əlaqədar federal hakimiyyət orqanları Nyu-Yorkun Laqardiya hava limanının işini dayandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.