Dünya

Rusiya Almaniya səfirliyinin 100-dən çox əməkdaşını ölkədən qovub

28 May 2023 13:31
Baxış: 796
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Almaniyanın ölkədəki diplomatik nümayəndəliklərində işləməyə icazə verilən işçilərin sayına məhdudiyyətlər qoyub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bununla əlaqədar Almaniya tərəfi Rusiyada çalışan 100-dən çox məmuru ixtisar etməli olub.

"Rusiyanın iyunun əvvəlində müəyyən etdiyi bu hədd bizim Rusiyada mövcudluğumuzun bütün sahələrində əhəmiyyətli dərəcədə azalma tələb edir", - Almaniya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

O, qeyd edib ki, ixtisar Almaniyanın diplomatik mövcudluğunun düzgün balansını saxlamaq üçün lazımdır. Eyni zamanda mənbə elan edilən say həddinin "birtərəfli, əsassız və anlaşılmaz olduğunu" deyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.