Dünya

Britaniyanın Baş naziri Çini qlobal təhlükəsizliyə təhdid adlandırdı

21 May 2023 11:48
Baxış: 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qlobal təhlükəsizliyə ən böyük təhlükə Çindir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə bazar günü Böyük Britaniyanın Baş naziri Rişi Sunak Yeddilik Qrupunun (G7) Xirosimada keçirilən zirvə toplantısında bildirib.

"Böyük Yeddilik Çinə münasibətdə məqsəd vəhdətini nümayiş etdirdi. Çin əsrimizin qlobal təhlükəsizlik və rifah üçün ən böyük çağırışı təmsil edir", - Britaniya hökumətinin başçısı belə deyib.

O qeyd edib ki, Londonun bu məsələyə münasibəti müttəfiqlərin gördükləri ilə tam uyğundur.

Şənbə günü yayılan kommünikedə G7 liderləri müəyyən narahatlıqlarını Pekinə birbaşa ifadə edə bilmək üçün öz milli maraqlarına uyğun olaraq Çinlə konstruktiv və sabit əlaqələr qurmağa hazır olduqlarını bildiriblər. G7 ölkələrinin başçıları Cənubi Çin və Şərqi Çin dənizlərindəki vəziyyətdən, o cümlədən oradakı status-kvonun birtərəfli qaydada dəyişdirilməsi cəhdlərindən narahat olduqlarını bildiriblər və Çinin regionun hərbiləşdirilməsinə yönəlmiş hərəkətlərinə qarşı olduqlarını bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.