Dünya

İmran Xanın həyat yoldaşı da sərbəst buraxıldı

15 May 2023 18:12
Baxış: 1 415
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pakistanın Lahor şəhərinin məhkəməsi ölkənin keçmiş Baş naziri İmran Xanın həyat yoldaşı Büşra Bibini də azadlığa buraxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Büşra Bibi girov müqabilində mayın 23-nə qədər sərbəst buraxılıb.

Girovun məbləği açıqlanmayıb.

Qeyd edək ki, İmran Xan və həyat yoldaşı korrupsiyada ittiham olunurlar. İttihamlara görə, onlar ailəvi "Al Qadir Trust" fondundan istifadə edərək dövlət büdcəsindən təqribən 175 milyon dollar mənimsəyiblər. İmran Xan mayın 9-u saxlanılıb və mayın 12-si girov müqabilində 2 həftəlik azadlığa buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.