Dünya

Tualetə gizli kamera yerləşdirən şəxs həbs olundu

10 May 2023 22:07
Baxış: 1 466
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da kruiz gəmisinin ictimai tualetində gizli kamera quraşdıran sərnişin həbs edilib

Milli.Az xəbər verir ki, bu barədə FBI məlum yayıb.

Hadisə Mayamidən yola düşən yeddi günlük "Royal Caribbean" kruizində baş verib.

Dənizə çıxdıqdan təxminən bir gün sonra, gəmi beynəlxalq sularda olarkən yuxarı göyərtədəki ictimai tualetə Wi-Fi imkanlı gizli kamera quraşdırılıb.

Ertəsi gün, mayın 1-də bir sərnişin kameranı görüb və bu barədə "Royal Caribbean" heyətinə məlumat verib. Təhlükəsizlik işçiləri kameranı çıxarıb və yaddaş kartı tapıblar və orada 150-dən çox adamın görüntüləri olub.

Videoda şübhəlinin kameranı tənzimlədiyi və onu tualetə yönəltdiyi də əks olunub.

Kameranı yerləşdirən sərnişin Ceremi Froyas məhkəmənin qərarı ilə həbs edilib. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.