Dünya

İki təyyarə qəzaya uğrayıb, ölənlər var

30 Aprel 2023 21:10
Baxış: 1 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bazar günü İspaniyanın Kataloniya Muxtar İcmasında iki yüngül təyyarənin qəzaya uğraması nəticəsində azı dörd nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə regional yanğınsöndürmə xidmətinin press-relizində deyilir.

Məlumata əsasən, hadisə Barselona yaxınlığındakı Moya yaşayış məntəqəsi ərazisində baş verib. Şahid yüngül təyyarənin hündürlüyünü itirdiyini və aerodrom yaxınlığındakı meşəlik ərazidə qəzaya uğradığını gördükdən sonra təcili yardım çağırıb.

Qəza nəticəsində təyyarə yanıb. Yanğın daha sonra söndürülüb.

Bir qədər sonra qəzaya uğrayan ikinci yüngül təyyarə aşkar edilib. O, birincidən təxminən 300 metr aralıda olub.

Qəzalarla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.