Dünya

Hücum təhlükəsi: Prezidentlər sığınacaqda gizləndi - FOTO

29 Aprel 2023 08:34
Baxış: 2 477
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiyevdə səfərdə olan Çexiya Prezidenti Petr Pavel və Slovakiya Prezidenti Zuzana Çaputova hava həyəcanı siqnalı səbəbindən digər qonaqlarla birgə yeraltı parkinqə sığınıblar.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Çexiya mediası məlumat yayıb.

Bildirilib ki, sığınacaqda qonaqlar üçün zəruri şərait yaradılıb.

Yaranan vəziyyət səbəbindən Çexiya liderinin görüşü məhz sığınacaqda baş tutub. Krım tatarlarının lideri Mustafa Cəmilov və Refat Çubarov oraya gəliblər.

43 dəqiqədən sonra hava həyəcanı siqnalı dayandırılıb, ilk olaraq Slovakiya prezidenti, ardınca Çexiya lideri görüşünü bitirdikdən sonra sığınacaqdan çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.