Dünya

Tramp təcavüz ittihamı ilə bağlı məhkəməyə çağırılacaq - FOTO

25 Aprel 2023 18:58
Baxış: 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin keçmiş prezidenti Donald Tramp təcavüzdə ittiham olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun 1990-cı illərdə soyunub-geyinmə otağında qıza təcavüz etdiyi ittihamı irəli sürülür və bununla bağlı məhkəməyə çağırılacaq.

Ceyn Kerroll adlı köşə yazarı Trampın ona soyunub-geyinmə otağında təcavüz etdiyini iddia edib. Bununla bağlı işə Nyu-Yorkda federal münsiflər məhkəməsində baxılacaq. Eks-prezidentə qarşı ittiham irəli sürən daha iki qadın şahid qismində çağırılacaq.

Eyni zamanda Trampın məhkəmə iclaslarına qatılıb-qatılmayacağı məlum deyil. Vəkilləri onun iştirak etmək istədiyini bildirib. Lakin əlavə ediblər ki, bu, şəhərdə logistik və təhlükəsizlik problemlər yarada bilər.

Tramp isə bu iddianın doğru olmadığını deyib və bildirib ki, köşə yazarı bunu öz piarı üçün uydurub.

Kerrollun sözlərinə görə, hadisə Manhettendə "Berqdorf Qudman" mağazasının paltardəyişmə otağında 1995-ci ilin sonu və ya 1996-cı ilin əvvəlində baş verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory