Şimali Koreya nüvə silahı daşıya bilən "Haeil 2" strateji sualtı pilotsuz aparatı sınaqdan keçirib.
Milli.Az Trend-ə istinadən bildirir ki, pilotsuz aparat 1000 kilometr məsafəni qət edərək "elliptik və səkkizbucaqlı" marşrutlar üzrə hərəkət edib və maket nüvə yükünü partladıb.
Sınaq zamanı sistemin etibarlılığı və onun "öldürücü potensialı" təsdiqlənib.
Milli.Az