Dünya

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb

7 Aprel 2023 10:56
Baxış: 8 132
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Milli.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,85 ABŞ dolları və ya 0,97 % bahalaşaraq, 88,91 dollar təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə "Azeri Light" (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" (CIF) nefti 44,6% bahalaşıb.

2022-ci il ərzində "Azeri Light" (CIF) markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.