Dünya

İki azərbaycanlı dost məclisdən sonra Rusiyada öldü, ikisi isə...

31 Mart 2023 09:16
Baxış: 4 320
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı iki gənc Rusiyada ölüb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə ölkənin Tver vilayətində baş verib.

Belə ki, Oğuz rayon Padar kənd sakini, 2000-ci il təvəllüdlü Peyman Xanlar oğlu Xəlilov və onun dostları P. Xəlilovun doğum gününü restoranlardan birində qeyd ediblər.

Sonra vəziyyətləri pisləşən dostlar xəstəxanaya yerləşdiriliblər. Lakin 23 yaşlı P. Xəlilov və dostu göstərilən bütün müdaxilələrə baxmayaraq vəfat edib.

Digər iki şəxsin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Gənclərin qidadan zəhərləndiyi ehtimal olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.