Dünya

ABŞ öz ehtiyat tanklarını Kiyevə verir

24 Mart 2023 08:49
Baxış: 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Ukraynanı Pentaqonun bazasındakı "M1 Abrams" tankları ilə təmin edəcək, əvvəllər planlaşdırıldığı kimi, yenilərini istehsal etməyəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin deyib.

"Biz anbarlardan tankları götürürük, onları ixraca uyğunlaşdırmaq üçün yenidən düzəldirik. Beləliklə, bu, yeni istehsalın bir hissəsi kimi deyil, əldə olan tankların verilməsidir", - o bildirib.

Qeyd edək ki, "Abrams" tanklarının Ukraynaya göndərilməsi ilə bağlı qərar yanvar ayında ABŞ Prezidenti Co Bayden tərəfindən açıqlanıb. Bu yaxınlarda bildirilib ki, Kiyev Vaşinqtondan 30-a yaxın "Abrams" tankı alacaq, lakin M1A2 deyil, M1A1-in köhnə versiyasını.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.