Dünya

Xaricə gedən 10 minə yaxın ukraynalı çağırışçı ölkəyə qayıtmayıb

20 Mart 2023 13:11
Baxış: 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yol" sistemi ilə ölkəni tərk edən hərbi yaşda olan 10 minə yaxın ukraynalı geri qayıtmayıb. Eyni zamanda, bütün xaricə gedənlərin təxminən 11%-ni çağırışçılar təşkil edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Qlavkom" nəşri məlumat yayıb.

Qeyd olunub ki, "Yol" sisteminə 96 442 nəfər hərbi yaşda olan kişi daxil olub: "Onlara geri qayıtmaq şərti ilə Ukraynanı tərk etməyə icazə verilib. 66374 nəfər xaricə səyahət etmək üçün verilən icazədən uğurla istifadə edib",

Eyni zamanda, Ukraynanı tərk edənlərin əksəriyyətinin Volın, Ternopil, Lvov vilayətlərində yaşadığı bildirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.