Dünya

Cinsi əlaqə zamanı prezervativi çıxarana HÖKM OXUNDU

28 Mart 2023 21:53
Baxış: 1 874
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollandiyada bir kişi partnyorunun razılığı olmadan cinsi əlaqə zamanı prezervativi çıxardığına görə üç aylıq şərti cəza alıb. 

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, o, həm də ortağına min avro təzminat ödəməli olacaq,

"Şübhəli şəxs öz hərəkətləri ilə zərərçəkmişi onunla müdafiəsiz cinsi əlaqədə olmağa məcbur edib. Beləliklə, onun şəxsi azadlığını məhdudlaşdırıb və ona göstərdiyi etimaddan sui-istifadə edib", - məhkəmə qərara alıb.

Məhkəmə qərarı ilə rotterdamlı 28 yaşlı kişi üç aylıq şərti həbs cəzasına məhkum edilib və qurbanına 1000 avro təzminat ödəməyə məhkum edilib.

Xatırladaq ki, britaniyalılar cinsi əlaqədən əvvəl prezervativləri deşdiyinə görə həbsxanaya düşmüşdülər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.