Dünya

Gürcüstanda gecə saatlarında da etirazlar davam edir, etirazçılar polislərə "Molotov kokteyli" atıblar - VİDEO - FOTO

9 Mart 2023 07:11
Baxış: 1 781
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tbilisinin mərkəzində etirazlar gecə saatlarında da davam edir.

Trend Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar polis əməkdaşlarına "Molotov kokteyli" atırlar, barrikadalar qururlar.

Polis əməkdaşları da öz növbəsində etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edir.

Artıq bir neçə etirazçı polislər tərəfindən saxlanılıb, onların dəqiq sayı hələlik məlum deyil.

Qeyd edək ki, Gürcüstanda "xarici agentlər" haqqında qanun layihəsinin parlament tərəfindən qəbul edilməsinə qarşı etiraz aksiyaları davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.