Dünya

Finlandiya Rusiya ilə sərhəddə sədd inşasına başladı

28 Fevral 2023 22:41
Baxış: 895
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Finlandiya Rusiya ilə sərhəddə inşa edəcəyi səddin üç kilometrlik sınaq hissəsinin tikintisinə başlayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, tikinti işləri fevralın 27-də İmatra sərhəd-keçid məntəqəsi rayonunda start götürüb.

Sınaq zamanı səddin qış temperaturuna və qar kütləsinə, həmçinin Rusiyadan mümkün insan axınına tab gətirib-gətirməyəcəyi yoxlanılacaq. Respublikanın hakimiyyət orqanları inşası 2023-cü ildə başa çatacaq səddin tikintisinə 6 milyon avro ayırıb.

Finlandiya Rusiya ilə 1300 kilometrlik sərhədə malikdir. İki-üç il ərzində sərhədin 10-20 faizində texniki nəzarət sistemləri ilə təchiz olunan səddin inşasını planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.