"Əl-Nəsr"inn futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 18-ci turunda "Damak"la görüşdəki het-trikindən (3:0) sonra öz İnstaqram hesabında paylaşım edib.
Milli.Az Qol.az-a istinadən xəbər verir ki, 38 yaşlı hücumçu oyunla bağlı bunları yazıb: "Bu xüsusi axşam idi! Əla iş gördük, dostlar!"
Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabr ayının 31-də azad agent kimi "Əl-Nəsr"ə keçib.
Milli.Az