Dünya

Xorvatiya Ukraynaya 14 Mi-8 helikopteri verəcək

26 Fevral 2023 10:34
Baxış: 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xorvatiya Ukraynaya 14 Mi-8 helikopterini təhvil verməyə hazırlaşır. Onların veriləcəyi hələ noyabr ayında elan edilmişdi.

Milli.Az APA-ya istinadən bildirir ki, helikopterlər təqribən 10 gün ərzində göndərilməyə hazır olacaq.

"Jutarnji list" saytının məlumatına görə, on iki Mi-8MTV-1 və iki Mi-8T helikopteri Xorvatiya Silahlı Qüvvələrinin balansından çıxarılıb və hazırda Velika Qoritsadakı aviasiya texniki mərkəzində onlara texniki xidmət göstərilir.

Digər işlərlə yanaşı, helikopterlərdə mövcud olan bütün tanınma nişanları götürülür, təmir-bərpa işləri aparılır.

Xorvatiya hökuməti Ukraynaya bütün hərbi yardımı ictimaiyyətə qapalı şəkildə təsnif etdiyi üçün jurnalistlər hakimiyyət orqanlarından rəsmi təsdiq ala bilməyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.